Nazarbayev müdafiə nazirini dəyişdi Dünya

Nazarbayev müdafiə nazirini dəyişdi

Qazaxıstanda Nurlan Yermekbayev müdafiə naziri təyin olunub.
Bu barədə ölkə prezidenti Nursultan Nazarbayev fərman imzalayıb.
N.Yermekbayev bu vəzifədə Saken Jusuzakovu əvəz edib.
Qeyd edək ki, Nurlan Yermekbayev bu ilin aprelində Qazaxıstan prezidentinin köməkçisi – Təhlükəsizlik Şurasının katibi təyin olunmuşdu.