Ruhani hakimiyyətinin acı reallığı Dünya

Ruhani hakimiyyətinin acı reallığı

Ötən bir ildə İranda 745 nəfər edam edilib

İranın "Qəfəsdə nəfəs" ("Nəfəs dər qəfəs") xəbər saytı ölkədə bir il ərzində həyata keçirilmiş edamların statistikasını açıqlayıb.
APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, hesabatda Həsən Ruhaninin 2013-cü il iyunun 14-də İran prezidenti seçilməsindən bəri ölkənin müxtəlif həbsxanalarında 745 nəfərin dara çəkildiyi qeyd olunub.
Bu edamlardan yalnız 319-u İran rəsmi mətbuatı və müvafiq orqanları tərəfindən açıqlanıb. Ancaq 437 nəfərin dara çəkilməsi xəbəri insan haqları fəalları tərəfindən dərc edilib. Sənədə əsasən, ötən bir il ərzində ölkənin müxtəlif həbsxanalarında 38 siyasi məhbus edam edilib.