
Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası planlı təmirlə əlaqədar sentyabrın əvvəlindən 45 günlüyə fəaliyyətini dayandıracaq.
Ermənistanın energetika naziri Yervand Zaxaryan iyulun 4-də AES-ə baş çəkərək səhmdarların toplantısına qatılıb. İclasda 2014-cü ilin sentyabrına planlaşdırılan təmir işləri və təhlükəsizlik məsələləri müzakirə olunub.
Zaxaryan jurnalistlərə açıqlamasında AES-də təmir işləri üçün Rusiya ilə 300 milyon ABŞ dolları həcmində kredit müqaviləsi bağlanacağını vurğulayıb: "Söhbət aşağı faiz dərəcəsi ilə uzunmüddətli kreditdən gedir".
Metsamor AES 1976-cı ildən fəaliyyət göstərir.