“Krım tatar türklərinin vətənidir” Dünya

“Krım tatar türklərinin vətənidir”

Əhməd Davudoğlu: "Ankara bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir"

"Krım tatar türklərinin vətənidir". APA TV-nin məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib.
Krım Milli Məclisinin sədri Rifat Çubarovun Krıma buraxılmamasına münasibət bildirən Davudoğlu deyib ki, Türkiyə Ukraynada baş verənlərlə bağlı prinsipial mövqe nümayiş etdirib. Nazirin sözlərinə görə, Ankara bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, digər tərəfdən, rus, tatar və ukraynalıların Krımda sülh içərisində yaşaya bilməsinə çalışıb. Əhməd Davudoğlu onu da deyib ki, tatarlar ilk gündən Krımda sülhün yaranmasına yardım ediblər: "Krımda belə böyük xaosun içərisində hələ etnik sülh mühafizə olunursa, buna Krım türklərinin pozitiv addımlarının təsiri çox böyükdür".
Əhməd Davudoğlu ümid etdiyini bildirib ki, tezliklə Ukraynadakı böhran həll olunacaq və Krım sülh yarımadasına çevriləcək.