Ruslar bu torpaqların qaytarılmasını istəmir Dünya

Ruslar bu torpaqların qaytarılmasını istəmir

Kuril adaları ilə bağlı problem ətrafında Rusiya və Yaponiya əhalisinin fikrini öyrənmək üçün ictimai sorğu keçirilib.
Sorğuda iştirak edən rusların 77 faizi adaların Yaponiyaya geri verilməsinə qarşı çıxış edib. Yaponiyada isə adalar qaytarılmazdan əvvəl sülh müqaviləsinin bağlanmasını istəyənlərin faizi əhəmiyyətli dərəcədə artıb.
Rusların 29 faizi məsələni həll edilmiş sayır, belə ki, onlar adaların Rusiyaya məxsus olduğunu qeyd edir. 14 faiz respondent adaların qaytarılmalı olduğunu söyləyib. 7 faiz isə ikitərəfli münasibətlərin inkişafı üçün adaların qaytarılmasının mütləq şəkildə vacib olduğunu bildirib.
Yaponların isə 10 faizi Rusiyadan hər hansı torpağın qaytarılacağına inanmır, 11 faiz Şikotan və yaxınlıqdakı adaların qaytarılması ilə kifayətlənir.
41 faiz yapon 2 adanın qaytarılmasını ilk addım kimi qiymətləndirir və bundan sonra Kunaşir və İturup adalarının taleyinə aydınlıq gətirilməsini istəyir. 27 faiz yapon bütün adaların eyni vaxtda qaytarılması fikri ilə çıxış edir.
Respondentlərin 42 faizi Cənubi Kuril adaları məsələsi həll edilmədən sülh müqaviləsi bağlanması fikrini, 48 faizi isə bunun əksini tələb edir.