Tramp Putinlə görüşəcəyinə ümid edir Dünya

Tramp Putinlə görüşəcəyinə ümid edir

ABŞ Prezidenti G20 çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyinə ümid edir. ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton danışıb. "Tramp Putinlə vacib məsələləri müzakirə etmək istəyir", - Bolton bildirib. Onun sözlərinə görə, Tramp sammit çərçivəsində həmçinin Çin lideri Si Szinpinlə də görüşmək niyyətindədir.
Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ötən gün verdiyi açıqlamada Osakadakı G20 sammitində Rusiya və ABŞ prezidentlərinin görüş imkanının “havadan asılı” olduğunu bildirmişdi. O demişdi ki, Vaşinqton görüşlə bağlı konkret təşəbbüs göstərmir və heç bir kanal vasitəsilə müzakirə getmir.