“İvanişvili hökumətinin nala-mıxa vurması Vaşinqton və Moskvanı hərəkətə gətirməli idi” Dünya

“İvanişvili hökumətinin nala-mıxa vurması Vaşinqton və Moskvanı hərəkətə gətirməli idi”

“Tiflisdə 20 iyun hadisələrinin baş verməsinin əsl səbəbi 2020-ci ildə tikilməsi başa çatmalı olan Anakliya limanıdır”. Bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Politoloqun sözlərinə görə, son zamanlar İvanişvilin hökumətinin gah nala, gah mıxa vurması Vaşinqton və Moskvanı hərəkətə gətirməli idi: “Onu deyə bilərəm ki, Gürcüstan çox həssas dövrə qədəm qoydu. Krımla bağlı hədəfi baş tutmayan Vaşinqtonun planına əsasən - Anakliyada amerikan hərbi bazası olacaq və o baza Rusiya və İranı hədəfə alacaq. Tiflisin planına əsasən isə iqtisadi port kimi Anakliya Gürcüstana ildə 1 milyard gəlir verəcək”.
Belə olan şəraitdə Rusiyanın məsələyə münasibəti barədə danışan Z.Məmmədov əlavə edib ki, Anakliya geoiqtisadi və hərbi layihəsinin baş tutması Moskvanın heç vaxt razılaşmayacağı bir ssenaridir: “Belə çıxır ki, Kreml qarşısında bir yol qalır. Nəyin bahasına olursa olsun buna izin verməmək. Solovyovun çıxışı da buna işarə edirdi”.