Türk gəmisinə hücum: 10 nəfər qaçırıldı Dünya

Türk gəmisinə hücum: 10 nəfər qaçırıldı

Nigeriyada bir qrup silahlı şəxs göyərtəsində 18 türk vətəndaşının olduğu gəmiyə hücum edib.
Bu barədə “Anadolu” agentliyi informasiya yayıb.
Məlumata görə, Türkiyə bayrağı altında üzən “Paksoy-I kargo” adlı gəminin şəxsi heyət üzvü olan 10 türk vətəndaşı qaçırılıb.