Pentaqon Avropada mümkün “Rusiya təcavüzünə” cavab verməyə hazırdır Dünya

Pentaqon Avropada mümkün “Rusiya təcavüzünə” cavab verməyə hazırdır

ABŞ Hərbi Hava Qüvvələrinin B-52 strateji bombardmançısı bu ilin martında Rusiyanın Kalininqrad vilayətinə qanadlı raketlərlə zərbənin endirilməsini təqlid edirdi. Bu haqda “The National Interest” bildirib. Nəşrin məlumatlarına görə, bu əməliyyat Luiziana ştatındakı təyyarə bazasından Böyük Britaniyadakı təyyarə bazasına beş bombardmançının göndərilməsi çərçivəsində aparılırdı.
“B-52H 60-0024 bort nömrəsi olan strateji bombardmançısı 14 mart 2019-cu il saat 01:30-da Barksdeyl təyyarə bazasından qalxaraq Kanadanın üstündə uçdu və Rusiya ərazisinə qanadlı raketlərlə zərbənin endirilməsinin təqlidini həyata keçirdi”, - nəşr müstəqil analitik Stefan Uotkinsa istinadən yazıb.
“The National Interest” qeyd edib ki, Kalininqrad vilayətində Rusiyanın hava hücumundan güclü müdafiə sistemi yerləşdirilib. Amma ABŞ-ın Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı Ceffri Li Harriqyanın ABŞ Silahlı Qüvvələri bu müdafiəni keçməyə imkan verən planlar hazırlayıb. General əlavə edib ki, ABŞ bu sxemi daim işləyib hazırlayır və lazım olduğu təqdirdə tətbiq etməyə hazırdır.
“Bu vaxt üzrə çox elementli, dəqiq hesablanmış effektiv vasitələrdən istifadə ilə əməliyyat olardı”, - o deyib. Onun sözlərinə görə, Pentaqon Avropada mümkün “Rusiya təcavüzünə” cavab verməyə hazırdır. “Belə bir vəziyyətdə hərtərəfli - hava, quru, dəniz, kosmosdan hücum olacaq. Bura həmçinin kiber məkandan hücumlar və elektron müharibə də daxildir”. Bununla yanaşı, Harriqyan Pentaqonun planının təfərrüatlarını açıqlamayıb. Ancaq, “National Interest” qeyd edib ki, “çox elementli” yanaşma Hərbi Hava Qüvvələri, Hərbi-Dəniz Qüvvələri, quru qoşunları və kiberhücumlardan eyni zamanda istifadəni nəzərdə tutur.
Qeyd edək ki, Ceffri Li Harriqyan erməni əsilli Amerika hərbçisidir. O 1985-ci ildə ABŞ-ın HHQ Akademiyasını qırıcı-pilot ixtisası üzrə bitirib. Harriqyan ABŞ-ın Panamaya təcavüzündə, “Səhrada fırtına”, “Sarsılmaz azadlıq” və digər hərbi əməliyyatlarda yaxından iştirak edib. Əlavə edək ki, B-52 bombardmançısı eyni vaxtda 20 ədəd nüvə silahı daşıya bilər: 14 qanadlı raket, 4 B61-7 bombası və 2 B83 bombası.