

30 İyun 15:44
30 İyun 14:17
30 İyun 13:11
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından daha 10 millət vəkili ayrılaraq, Əhməd Davudoğlunun yaratdığı partiyaya qoşulacaq.
Bu məlumatı “Sözcü” qəzeti yayıb. Məlumata görə, gələcək günlərdə partiyadan ayrılma ehtimalının olması artıq AKP liderlərini narahat etməyə başlayıb.
Qəzet bu deputatların Davudoğlunun öz partiyasını elan etdikdən sonra hərəkətə keçəcəklərini qeyd edib.
Davudoğlunun partiyasını noyabrın sonu, dekabrın əvvəlində elan edəcəyi gözlənilir.