Ərdoğan qərarını açıqlayacaq Dünya

Ərdoğan qərarını açıqlayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı 1-2 gün ərzində ABŞ-a səfərlə bağlı dəqiq qərarını açıqlayacaq.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın danışıb.
ABŞ prezidenti Donald Trampın 13 noyabrda Ərdoğanı ABŞ-a dəvət etməsi haqqında suala Kalın belə cavab verib: “Prezidentimiz Nümayəndələr Palatasında Türkiyəyə qarşı qəbul edilən iki qərara görə ağlında bəzi sual işarələrinin yarandığını dedi. Prezidentimiz Vaşinqtonda getmiş olmaq üçün getməz. Orada ölkəmizin maraqları baxımından yekun nəticələr əldə olunması əsasdır. Bunu təmin edəcək şərait varsa, siyasi iqlim buna uyğundursa, görüşlərimizdən Türkiyə-ABŞ münasibətləri və Türkiyənin milli maraqlarını inkişaf etdirəcək nəticələrin alınması müzakirə mövzusudursa, təbii ki, bu səfər baş tutar. Qarşıdakı 1-2 gün ərzindı o özü dəyərləndirmələrini edib bu məsələdə yekun qərarını verəcək. Biz də yaxın zamanda ictiamiyyətlə paylaşacağıq”.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 1915-ci il hadisələrini erməni soyqırımı kimi tanıyıb və "Barış pınarı" hərəkaatına görə Türkiyəyə sanksiya tətbiq ediləcəyi haqqında qanun qəbul edib.