İdeoloji məsələləri sosial şəbəkə qəhrəmanlarının öhdəsinə buraxmaq olmaz - RƏY
“Bu, Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinin önəmini bir daha göstərir”
Mərkəzi Bank və Dünya Bankı maliyyə sektorunun dayanıqlılığını müzakirə edib
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb
161 saylı tam orta məktəbin şagirdləri velosiped yarışında fərqləndilər
3 Dekabr 2019 13:04
2 506
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yenilənməsinin qaçınılmaz olduğunu deyib.
Anadolu agentliyi xəbər verir ki, Türkiyə Prezidenti bu fikri Şimali Atlantika Alyansının növbəti sammitinin keçiriləcəyi Londona səfərindən öncə Ankaranın Esenboğa hava limanında təşkil olunan mətbuat konfransında səsləndirib.
“NATO-nun özünü yeniləməsi qaçınılmazdır. Üzv ölkələrin alternativ axtarmaq əvəzinə NATO-nu ortaq təhdidlər qarşısında daha güclü edəcək səylər göstərəcəyini, terrorla mübarizədə bizimlə həmrəylik nümayiş etdirəcəyini gözləyirik, - deyə Türkiyənin NATO-nun əvəzolunmaz üzvü olduğunu qeyd edən Prezident bildirib.
NATO-nun sammiti dekabrın 3-4-də Böyük Britaniyanın paytaxtında keçiriləcək. Xarici KİV-lərdə yayılan məlumatlara görə, Rəcəb Tayyib Ərdoğanın sammit meydanlarında ABŞ Prezidenti Donald Tramp, Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş Naziri Boris Consonla ikitərəfli görüşləri gözlənilir.