“Azərbaycan sülhdə möhkəmdir”
12 Yanvar 21:36
12 Yanvar 21:36
12 Yanvar 21:27
12 Yanvar 21:14
12 Yanvar 20:55
10 Dekabr 2019 13:18
1 568
ABŞ Hərbi Hava Qüvvələrinin “Boeing E-8C” kəşfiyyat təyyarəsi Koreya yarımadası üzərində növbəti uçuş həyata keçirib.
Bu barədə uçuşları izləyən “Aircraft Spots” saytı məlumat yayıb.
“Boeing E-8C” təyyarəsi Şimali Koreya qoşunlarının və texnikasının, raket qurğularının və artilleriya sistemlərinin hərəkəti də daxil olmaqla, kəşfiyyat informasiyası əldə edilməsi üzrə geniş imkanlara malikdir. Təyyarə bundan öncə dekabrın 3-də koreyalararası sərhəd üzərində görünüb.
Dekabrın 9-da ABŞ Hərbi Hava Qüvvələrinin “Boeing RC-135W” kəşfiyyat təyyarəsi də analoji uçuş həyata keçirib.
Sayt qeyd edir ki, son zamanlar U-2S, EP-3C və RC-135V təyyarələri də daxil olmaqla, Koreya səmasında kəşfiyyat aktivliyi müşahidə olunur. Cənubi Koreya bunu regionda gərginliyin kəskin artması, Vaşinqtonun Pxenyanı tənqid etməsi, həmçinin KXDR-in raket sınaqları aparması ilə əlaqələndirir.
Dekabrın 7-də Şimali Koreya Tonçhan-ni rayonunda yerləşən Sohe poliqonunda raket mühərrikinin sınağını keçirib. Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, sınaqların nəticələri yaxın gələcəkdə KXDR-in strateji mövqelərinin dəyişməsinə xeyli təsir göstərəcək.
12 Yanvar 21:09
1 064
12 Yanvar 20:56
1 015
12 Yanvar 20:40
1 029