Bayden ABŞ prezidentliyinə namizədlik yarışında mövqeyini möhkəmləndirib Dünya

Bayden ABŞ prezidentliyinə namizədlik yarışında mövqeyini möhkəmləndirib

ABŞ-ın keçmiş vitse-prezidenti Joe Bayden ABŞ-da bu il keçiriləcək prezident seçkilərinə Demokrat partiyasından namizədliklərini irəli sürmək istəyən iddiaçıların Cənubi Karolina ştatında keçirilən yarışında ilk ciddi qələbəsini qazanıb.
Joe Bayden rəqiblərini böyük səs fərqiylə qabaqlayıb. İlkin nəticələrə əsasən, Joe Bayden 48,4% səs toplayaraq 19,9% səs toplamış əsas rəqibi Bernie Sanders-i böyük üstünlüklə geridə qoyub. Demokrat partiyasından ABŞ prezidentliyinə namizədlər arasında Cənubi Karolina ştatında keşirilmiş yarışda üşüncü nəticəni milyarder Tom Steyer göstərib - o, 11,3% səs toplayıb.
Öz tərəfdarları qarşısında qələbə xəbərindən sonra çıxış edəndən Bayden deyib ki, Cənubi Karolinada keçirilən səsvermə onun seçki kampaniyasına yeni start verib."Cəmi bir neçə gün əvvəl mətbuat və politoloqlar kampaniyamın bitdiyini söyləyirdilər, - Joe Bayden deyib. - İndi sizin sayənizdə, Demokratik partiyasını dəstəkləyənlərin sayəsində biz udduq və böyük qələbə qazandıq. Və biz yenidən ayaqdayıq!"