Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub
Hindistanın siqh diasporuna qarşı transmilli repressiyası ilə bağlı hesabat hazırlanıb
Kreml Rusiyada hökumətin mümkün istefası ilə bağlı yayılan məlumatlara münasibət bildirib
I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb
25 Mart 2020 10:45
1 638
Dünyada yeni növ koronavirusa yoluxanların ümumi sayı altı gündə iki dəfə artaraq 400 mini keçib.
"TASS"- ın verdiyi məlumata görə, bu barədə xəstələnmə hallarının qeyd edildiyi ölkələrdə hakimiyyət və mütəxəssislərin rəsmi açıqlamaları əsasında toplanan statistika məlumatlarında deyilir.
Martın 23-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus tərəfindən xəbərdar edildiyi kimi, pandemiyanın yayılması sürətlənir. Bu qurumun verdiyi məlumata görə, dünyada ümumilikdə 334981 nəfər yoluxub, onlardan 4,37 faizi (14652 nəfər) ölüb. ÜST statistikası, ərazilərində koronavirusun qeydə alındığı dövlətlərin hakimiyyət orqanlarının açıqlamalarından bir qədər geri qalır.
Belə ki, son ümumi məlumatlara görə, dünyada 403868 nəfər artıq yoluxub, onlardan 4.51 faizi (18221 nəfər) vəfat edib.
Hal hazırda yoluxma halları 150-dən çox ölkədə qeydə alınıb. Orada dünya əhalisinin 75% -dən çoxu yaşayır.