Rusiyada koronavirusdan ölənlərin sayı 24-ə, yoluxanların sayı 2777-yə çatıbDünya
1 Aprel 2020 12:12
1 211
Rusiyada koronavirusa yoluxanların sayı son sutkada 440 nəfər artıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Operativ Qərargahdan bildirilib ki, yoluxanların ümumi sayı 2777 nəfərə çatıb. Yoluxma 77 regionu əhatə edir.
İndiyədək 190 nəfər sağalıb, 24 nəfər ölüb.