
Ukraynada son 24 saat ərzində 397 nəfər yeni növ koronavirusa yoluxub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukraynada koronavirusa yoluxanların sayı 4161 nəfərə çatıb, 186 nəfər sağalıb, 116 nəfər vəfat edib.