“Azərbaycan sülhdə möhkəmdir”
12 Yanvar 21:36
12 Yanvar 21:36
12 Yanvar 21:27
12 Yanvar 21:14
12 Yanvar 20:55
7 May 2020 10:52
1 582
Bu ilin yanvar-aprel aylarında Çinin xarici ticarətinin həcmi illik ifadədə 7,5% azalaraq 1,3 trln. ABŞ dolları təşkil edib.
"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Çinin Baş Gömrük İdarəsinin yaydığı hesabatda deyilir.
Hesabatda qeyd olunub ki, ixracın həcmi 9% azalaraq 678,28 mlrd. dollar olub. İdxal isə 620,05 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% azdır. Hesabata əsasən, təkcə aprel ayında Çinin xarici ticarəti 352,22 mlrd. dollar təşkil edib. İxrac 200,28 mlrd. dollar, idxal isə 154,94 mlrd. dollar olub.
Qeyd edək ki, 2016-cı ildə Çinin ümumi ticarət dövriyyəsi 6,8% azalaraq 3,68 trln. dollar təşkil edib. 2017-ci ilin sonunda bu göstərici illik ifadədə 11,4% artaraq 4,11 trln. dollara çatıb. 2018-ci ildə Çinin digər ölkələrlə ticarəti 12,6% artaraq 4,62 trln. dollara, 2019-cu ildə isə 1% azalaraq 4,57 trln. dollar təşkil edib.
12 Yanvar 21:09
1 071
12 Yanvar 20:56
1 022
12 Yanvar 20:40
1 036