

11 İyul 16:12
11 İyul 13:56
Son sutkada Pakistanda COVID-19 koronavirusuna 4 min 133 nəfər yoluxub, xəstələrin sayı 213 min 470 nəfər olub.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son gündə ölkədə 91 xəstə ölüb və bununla da dünyasını dəyişənlərin sayı 4 min 395 nəfərə çatıb.
Son 24 saatda 2 min 299 xəstə sağalıb.
Qeyd edilir ki, xəstəxanalarda hazırda 108 min 273 nəfər var. 2 min 741 pasiyentin vəziyyətinin ağır olduğu bildirilir.