Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
ABŞ-da gün ərzində daha 715 nəfər koronavirusdan ölüb.
Bu barədə “Vörldometers” portalı məlumat yayıb.
Ölkədə pandemiya qurbanlarının ümumi sayı 138 min 962-yə çatıb. ABŞ-da indiyə kimi 3 milyon 527 mindən çox insan koronavirusa yoluxub.
Xarici KİV xəbər verir ki, ABŞ-da klinik sınaq testlərinin ilk mərhələsi başa çatıb.
ABŞ-ın “Moderna” şirkətinin hazırladığı vaksin iştirakçıların hamısında immunitetin yüksəlməsinə səbəb olub.
Bununla bağlı, “New England Journal of Medicine” jurnalında dərc olunub. Klinik sınaqlarda 18-55 yaş arasında 45 nəfər iştirak edib. Onlara mRNA-1273 vaksini 28 gün fərqlə 25, 100 və 250 mikroqram dozasında verilib.
Nəticədə bütün iştirakçılarda virusa qarşı antitellər yaranıb.
O da söylənilirki, ABŞ Prezidenti Donald Tramp payız semestrində onlayn dərs alacaq xarici tələbələrin vizalarını ləğv etmək qərarını geri götürüb. Harvard Universiteti və Massaçusest Texnologiya İnstitutu (MIT) qərarın ləğvi üçün federal məhkəməyə müraciət edib.
ABŞ Federal rayon hakimi Allison Burruqs federal immiqrasiya orqanlarının 6 iyul tarixli qərarının geri alındığını və köhnə qaydaların davam etdiriləcyni bildirib.
Beləliklə, xarici tələbələr bütün dərslərini onlayn alsalar da, ölkədə tələbə vizası ilə yaşaya bilərlər.
Qeyd edək ki, ABŞ-da COVID-19 səbəbindən universitetlərdə dərslərin onlayn tədrisinə başlayandan Tramp administrasiyası xarici tələbələrin ölkəni tərk etmələri yönündə qərar vermişdi.
Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a yoluxma hallarının dünya boyu artdığı bir vaxt "yaxın gələcəkdə əvvəlki normal həyata qayıdış olmayacağı" barədə xəbərdarlıq edib.
Cons Hopkins institutunun Koronavirus Resurs Mərkəzinin məlumatına görə, dünyada təxminən 13 milyon COVID-19-a təsdiqlənmiş yoluxma, təxminən 570 min ölüm halı qeydə alınıb.
Müntəzəm olaraq yayımlanan onlayn-brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom "virusu nəzarət altına almaq heç vaxt gec deyil, lakin bir çox ölkə səhv istiqamətə yönəlib" - deyə, xəbərdarlıq edib.
"Liderlərin qarışıq mesajları hər hansı bir cavabın ən vacib tərəfini sarsıdır - bu, etimaddır. Hökumətlər vətəndaşları ilə ünsiyyət qurmasa və yoluxmanın qarşısını almaq və həyatları xilas etmək üçün hərtərəfli strategiya hazırlamazsa" - deyə, o bildirib.
Hindistanda yeni koronavirusa yoluxma halları bir günlük sayı rekord həddə çatıb, ABŞ-da yoluxmalar artmaqda davam edir, Meksika isə COVID-19-dan ölüm hallarına görə İtaliyanı arxada qoyub.
Hindistanın səhiyyə rəsmiləri bazar ertəsi son 24 saat ərzində 28 701 təsdiqlənmiş yoluxma halının olduğunu bildirib. Hazırda bu ölkə koronavirusa yoluxma hallarına görə yalnız ABŞ və Braziliyandan sonra gəlir və bir neçə ştatın rəsmiləri virusun yayılmasının qarşısını almaq üçün yenidən məhdudiyyətlərə başlayıb.
Meksikanın Səhiyyə Nazirliyi bazar günü ölkədə ölənlərin sayının 35 min 006 nəfərə çatdığını bildirib. Ölkə dünyada ölüm hallarının sayına görə 4-cü yerdədir.
Meksika prezidenti Andres Manuel Lopez Obrador ölkədə yoluxma hallarının intensivliyini itirdiyini və yoluxanların sayının ölkənin dörddə birində daha sürətlə artdığını deyib. O, insanların özlərini qorumalarının, eyni zamanda iqtisadiyyatı inkişaf etdirmələrinin vacibliyini vurğulayıb.
Florida, Texas, Luiziana və Arizona daxil olmaqla, ABŞ-ın bir çox ştatında yoluxma halları artmaqda davam edir.
ABŞ-ın yüksək səviyyəli səhiyyə rəsmisi COVID-19-ın yayılmasının qarşısını almaq üçün ictimai yerlərdə maska taxmağa çağırsa da, bunun ölkə səviyyəsində mandat olduğunu deməyib.