24 Sentyabr 18:13
24 Sentyabr 16:44
24 Sentyabr 15:59
18 Avqust 2020 09:34
2 429
Dünyada COVID-19 virusuna yoluxanların sayı 22 milyon nəfəri ötüb.
Trend pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, dünyada sutka ərzində 5 mindən çox yoluxma halı aşkarlanıb, 363 nəfər həyatını itirib.
Saytın son məlumatına əsasən, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 22 049 426 nəfərə, ölənlərin sayı isə 777 439 nəfərə çatıb. Eyni zamanda, 14,7 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, 6 480 128 xəstənin müalicəsi davam edir.
Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də koronavirus infeksiyasının yayılması pandemiya elan edilib.
24 Sentyabr 17:50
770
24 Sentyabr 15:25
798
24 Sentyabr 14:39
861