Separatçıların “seçki”sindən sonra... Dünya

Separatçıların “seçki”sindən sonra...

Ukraynanın şərqində yenidən genişmiqyaslı müharibə başlaya bilər

Cavid

Ukraynanın Rusiyayönlü separatçıların nəzarətində olan bölgəsində seçkilər keçirilib. Özlərini Luhansk və Donetsk vilayətlərinin rəsmiləri elan edən şəxslər bu seçkilrədə qondarma "xalqlar respublikası"üçün xalqlar şurası və liderlər seçiblər.
Ukrayna höküməti, Birləşmiş Ştatalar, Avropa Birliyi və BMT baş katibi Ban Ki-moon bu seçkiləri qeyri-legitim adlandırıb.
Bu seçkilərdə qondarma Luhansk vilayətinin hazırki lideri İgor Plotnitsky və 3-ü "sosial hərəkat"dan olan ümumilikdə 4 nəfər xalqlar şurasındakı mandat uğrunda rəqabət aparıb.
Qondarma Donetsk respublikasının lideri Aleksandr Zakharchenko da daxil 3 nəfər xalqlar şurasında yer uçun mübarizə aparıb. Separatçıların rəsmisi bildirib ki, noyabrın 1-də 3 milyon bülleten çap olunub və online səsvermə başlayıb.
Bu seçkiləri heç bir beynəlxaql təşkilat, məsələn ATƏT-in monitorinq qurupu izləmir. Lakin separatçılar bildirib ki, seçkilərdə xarici ölkələrdən 30-70 arası müşahidəçi izləyib. Həmçinin Abkhaziadan da izləyənlər var.
Ukrayna höküməti və beynəlxalq ictimaiyyət bu seçkiləri tanımayacağını bəyan edib. Bildiriblər ki, bu seçkilər Ukrayna, Rusiya, ATƏT və separatçı bölgələr arasında imzalanan Minsk razılaşmasını təhdid altında qoyur. Rusiya rəhbərliyi isə bu seçkilərin nəticələrini tanıyacağını bəyan edib.
Donestk və Luqansk qondarma respublikalarının rəhbərlikləri müstəqilliklərini elan etdikdən bəri Ukrayna qanunlarının onlara heç bir aidiyyatı olmadığını bəyan edirlər. Bəyanata görə, məhz bu səbəbdən onlar ötən həftə Ukraynada baş tutan parlament seçkilərində iştirak etməkdən imtina ediblər və noyabrın 2-də öz seçkilərini keçiriblər.
"Ədalət, xoşbəxtlik, sülh və rifah naminə səs verdim. Əgər Ukrayna bizi tanısa və itirilmiş torpaqlarımızı döyüşsüz qaytarsa, biz onlarla normal iqtisadi əlaqələri bərpa edəcəyik və bərabər iqtisadi müttəfiqlər kimi yaşayacağıq", - deyə Aleksandr Zaxarçenko bildirib.
Luqansk Xalq Respublikasının başçısı olmaq üçün isə "respublika"nın hazırkı başçısı İqor Plotnitski də daxil olmaqla 4 nəfər namizədliyini irəli sürüb. Səsvermə prosesi üçün 3 milyon seçki bülleteni çap edilib.
3 milyon sәs bülleteninin çap edildiyini ifadә edәn rəsmilər seçkinin güclərinə qanuni etbar qazanacağını deyib. Siyasi müşahidəçilər, qondarma seçkilərdə Rusiya tərəfdarlarının əldə etməsi nəticəsində Moskvanın bölgəni ilhaq etmək ya da müstəqilliyini tanımaq üçün hərəkətə keçə biləcəyini ifadə edirlər. Ölkənin şərqində, Rusiya tərəfdarları və Ukrayna ordusu arasında baş verən qarşıdurmalarda, aprel ayından indiyədək 4 mindən artıq insan həlak olub. BMT-nin məlumatına görə, son 10 gündə 300 nəfər həyatını itirib.
İlkin məlumatlara görə, Donetsk vilayətində başçı vəzifəsinə qondarma baş nazir Aleksandr Zaxarçenko seçilib.
Luqansk vilayətində isə başçı postuna rejimin indiki rəhbəri İqor Plotnitskinin seçildiyi bildirilir. Bu qondarma rejimdə başçı postuna iddiaçılardan biri də erməni qadın olub: Larisa Ayrapetyan. O, 8,36% səs toplayıb.
Hər iki işğalçı rejimdə qondarma parlamentlərə də səsvermə olub.
"Exit-poll"un nəticələrinə görə də A.Zaxarçenko 81,37, Aleksandr Kofman 9,73, Yuri Sivokonenko faiz səs toplayıb. "Parlament seçkiləri"ndə isə "Donetsk Respublikası" təşkilatı 65,11 faizlə liderlik edir.
Ukrayna prezidenti Pyotr Poroşenko "seçkilər"i tankların lüləsi altındakı məzhəkə adlandırıb. O da bildirilir ki, Donetsk və Luqanskda seçkilərdən sonra geniş miqyaslı müharibə başlaya bilər.
Politnavigator.net xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putinin keçmiş köməkçisi Andrey İllarionov çıxış edib. O, müharibəni separatçıların başladacağını bildirib. İllarionov müharibənin başlayacağı zaman Krımdan da zərbələrin endiriləcəyini deyib.
Avropa Birliyi Ukraynanın şərqində seperatçıların keçirdiyi seçkini "sülhə maneə" sayıb və bu seçkini tanımayacağını bəyan edib. AB-nin xarici siyasət idarəsinin rəhbəri Federica Mogherini noyabrın 2-də Donetski və Luqanskidə keçirilən seçkini "qeyri-legitim" adlandırıb.
Rusiyanın xarici işlər nazirliyi isə bildirib ki, bu "Ukraynanın cənub-şərqindəki adamların arzusuna münasibətidir".
Nazirlik seçki yolu ilə seçilən nümayəndələrin regionlarda normal həyatın bərpasına dair praktik məsələləri həll etmək üçün mandat aldığını deyib.
Ukraynanın hərbi rəsmiləri isə bildiriblər ki, seçkiyə nəzarət etmək üçün ölkənin cənub-şərqinə Rusiyadan hərbi texnika və şəxsi heyət göndərilib. Qərb jurnalistləri bölgəyə 40 silah yüklü "Kamaz"ın daxil olduğunu iddia edirlər
Ukrayna hərbçilərinin məlumatına görə, Rusiya qoşunlarının və hərbi ləvazimatın separatçıların nəzarət etdiyi ərazilərə intensiv hərəkəti müşahidə olunur: "Biz bunu aydın müşahidə edirik. Rusiya Federasiyası ərazisindən düşmən qüvvələr terrorçuların müvəqqəti nəzarət etdiyi əraziyə yeridilir", Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Andrey Lisenki agentliyə bildirib.
Agentlik qeyd edir ki, "Agence France-Presse"in əməkdaşları separatçıların əsas mərkəzi şəhəri Donetskə 20 yük maşının daxil olduğunu görüblər. Həmin yük maşınlarında hava hücumlarının qarşısını almaq üçün istifadə olunan silahlar olub. Bəlli deyil ki, bunlar yeni göndərilmiş maşınlardır, yoxsa yerdəyişmə edilir.
Qərbə bağlı jurnalistlər qeyd edirlər ki, Donetsk yaxınlında qoşunların hərəkəti aydın görünür.
"buzzfeed.com" və "mashable.com" saytlarının əməkdaşları "Tweeter"də yazıblar ki, onlar iri hərbi karvan görüblər. 31 ədəd "Kamaz" maşını hərbi yükləri daşıyırmış. Karvanda silahlılarla dolu avtobuslar da olub. Digər Qərb jurnalistləri isə karvanda 40 maşının olduğunu yazıb.
Hərbi karvanın video görüntüləri YouTube-da yayıldıqdan sonra Ukraynanın 5-ci kanalı həmin kadrları yenidən paylaşıb. Videoda aydın görünür ki, iri hərbi karvan hansısa şəhərin içindən keçib gedir.
Rusiya dərhal Kiyevin bu iddiasını rədd edib. Agentlik qeyd edir ki, buna baxmayaraq, Rusiya açıq şəkildə özünü müstəqil elan etmiş bu iki bölgəyə siyasi və hərbi dəstək verir.
Separatçılar da Rusiyadan yardım aldıqlarını inkar edirlər. Ortada olan silahların bir hissəsini Ukrayna ordusundan qənimət olaraq əl keçirdiklərini bildirirlər.
Separatçıların lideri deyib ki, onlar öz ərazilərini genişləndirmək fikrindədir. Azov dənizi sahilindəki Mariopolu da əl keçirməyi düşünürlər.