“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
9 Oktyabr 2020 09:35
1 988
Dünyada son sutka ərzində koronavirusa yoluxma sayı 338 779 artaraq, 36 002 827 olub ki, bununla da yeni rekord müəyyənləşib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə axşamı yaydığı hesabatında bildirilib.
Oktyabrın 8-nə olan məlumata görə, dünyada koronavirusdan ölənlərin ümumi sayı 1 049 810 nəfərə çatıb.
Son sutkada ölənlərin sayı 5514 nəfər olub.
Qeyd edək ki, ÜST-ün təqdim etdiyi statistika dövlətlər tərəfindən verilən rəsmi məlumatlar əsasında tərtib edilir.