İrəvanda Avrasiya İttifaqının əleyhinə növbəti aksiya Dünya

İrəvanda Avrasiya İttifaqının əleyhinə növbəti aksiya

Konstitusiya Məhkəməsində dünən Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı müqavilənin ölkənin əsas qanununa zidd olub-olmadığı məsələsinə baxılıb. İrəvanda Konstitusiya Məhkəməsinin qarşısına yığışanlar Ermənistanın Rusiyanın təşəbbüsçüsü olduğu bu inteqrasiya birliyinin əleyhinə çıxıblar. Polis onlarla etirazçını Konstitusiya Məhkəməsinin qarşısına buraxmayıb, nəticədə qarşıdurma yaranıb. Aksiya iştirakçıları Ermənistanın suverenliyinin qorunmasının lehinə olan şüarlar səsləndirib, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının müstəqilliyin itirilməsinə səbəb olacağını bəyan ediblər. Aksiya keçirilən ərazidə keçmiş sovet dissidenti Paruyr Ayrikyan və "İrs" Partiyasından keçmiş deputat Stepan Safaryan da var.