Meksikada qaz kəmərində partlayış olub Dünya

Meksikada qaz kəmərində partlayış olub

Meksikanın şimal-şərqində Nuevo-Leon ştatındakı Çina bələdiyyəsində qaz kəmərinin bir hissəsində partlayış baş verib.

APA “TASS”-a istinadən xəbər verir ki, ştatın qubernatoru Xayme Rodriqes Kalderon özünün “Twitter” səhifəsində bildirib. Yanğının baş verdiyi yerə xilasetmə qrupları və hərbi qulluqçular göndərilib.

“İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb”, - məlumatda belə deyilir.

Partlayış yaşayış məntəqələrindən uzaq, boş bir ərazidə baş verib. Kalderonun sözlərinə görə, xilasedicilər dövlət neft və qaz şirkətinin işçiləri ilə birlikdə zədələnmiş ərazini klapanlarla bağlayıblar. Qəza istehlakçıların qaz təchizatına təsir göstərməyib.