Türkiyə Krım sarıdan narahatdır Dünya

Türkiyə Krım sarıdan narahatdır

Əhməd Davudoğlu: "Krımda bütün tərəflərin sakit və təmkinli hərəkət edəcəyini gözləyirik"

"Qonşumuz və strateji tərəfdaşımız olan Ukraynada yaşanan siyasi böhranın demokratik prinsip və konsensus əsasında, bütün tərəflərin iştirakı ilə tez bir zamanda həll olunacağına ümid edirik".
APA-nın Türkiyə Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu sözləri nazir Əhməd Davudoğlu deyib. O bildirib ki, hazırda Ukraynanın ərazi bütövlüyünün qorunması və məsələnin Konstitusiya çərçivəsində həll olunması vacibdir: "Bu çərçivədə biz Krım tatarlarının yaşadığı Krım Muxtar Respublikasında da bütün tərəflərin sakit və təmkinli şəkildə hərəkət edəcəyini gözləyirik. Türkiyə Ukrayna xalqının haqlı tələbləri çərçivəsində bütün demokratik həll yollarını dəstəkləməyə davam edəcək".