Boliviya parlamenti “erməni soyqırımı”nı tanıdı Dünya

Boliviya parlamenti “erməni soyqırımı”nı tanıdı

Noyabrın 30-da Boliviya parlamentinin hər iki palatası qondarma erməni soyqırımı ilə bağlı sənəd qəbul edib.
"Media forum" saytının məlumatına görə, Boliviya Senatının sədri Sonya Quardi bəyan edib ki, Boliviya xalqı və hakimiyyəti soyqırımı faktının inkar olunmasına qarşı çıxır və erməni xalqına dəstək nümayiş etdirir.
Saxta soyqırımı iddialarına görə, 1915-ci ildən 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək bir neçə ölkənin (Uruqvay, Rusiya, Fransa, Litva, İtaliya, Yunanıstan, Kipr, Argentina, Belçika, Uels, İsveçrə, Kanada, Polşa) parlamenti rəsmən tanıyıb.