Almaniyada daha 22 609 nəfər koronavirusa yoluxub Dünya

Almaniyada daha 22 609 nəfər koronavirusa yoluxub

Almaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 22 609 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə Robert Kox İnstitutunun hesabatında deyilir.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 855 916 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan daha 251 nəfər ölüb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 13 370 nəfəri vəfat edib.