Zərdabda maşın kanala aşıb: 2 nəfər ölüb, 4 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-I
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
İran XİN: Ali Rəhbər Müctəba Xamenei özünü yaxşı hiss edir, dövlət sistemi effektiv işləyir
Aİ Ermənistana hibrid təhdidlərə qarşı xüsusi çevik reaksiya qrupu göndərəcək
4 Mart 2021 09:02
1 449
Venesuelada koronavirusun Braziliyada aşkarlanan ştammına yoluxma halları qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro çıxışı zamanı bildirib.
N.Maduro deyib: "Mən bütün vətəndaşlarımızı və Ümumdünya Səhiyyə Təşkilatını Venesuelada koronavirusun Braziliyada aşkarlanan ştammının olması barədə dərhal məlumatlandırmaq üçün buradayam".
Onun sözlərinə görə, Venesuela həkimləri La-Quayra ştatında "qəribə koronavirus yoluxma halı" aşkarlayıblar. Təhlillər göstərib ki, söhbət koronavirusun "Braziliya" ştammından gedir.
Prezident qeyd edib ki, "Braziliya" ştammına yoluxan şəxsin son günlər ərzində getdiyi yerlərə baxılıb və Karakas və Miranda ştatlarında da yoluxmalar aşkarlanıb.