“Sarkisyanı sıxışdıracaqlar” Dünya

“Sarkisyanı sıxışdıracaqlar”

Arzu Nağıyev: "Ermənistan iqtisadiyyatının 70-80 faizi Rusiyadan asılıdır"
"Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbi erməni müxalifətinin iqtidara qarşı istifadə edə biləcək bir taktikadır".
Bu barədə açıqlama verən siyasi ekspert Arzu Nağıyev "SalamNews"a bildirib ki, Sərkisyan hakimiyyəti Rusiya hərbi bazasının ölkəsindən çıxarılmasında maraqlı deyil: "Çünki Ermənistanın iqtisadiyyatı bu gün 70-80 faiz Rusiyadan asılıdır. Həmçinin bu ölkənin hərbi potensialı da əsasən Rusiyanın Ermənistan ərazisində yerləşən 102 saylı hərbi bazası ilə sırf bağlıdır. Bu bazada çoxsaylı ermənilər iş yerləri ilə təchiz edilib".
Ekspert onu da deyib ki, baş vermiş hadisə ermənilər və rus hərbçiləri arasında gərginliyə səbəb ola bilər:"Düşünürəm ki, erməni rəhbərlər bundan sığortalanmaq məqsədilə istintaqın məhz hərbiçilər tərəfindən aparılmasına razılıq verəcək. Eyni zamanda qətl edilənlərin yaxınlarına maddi konpensasiya tələbi ilə çıxış edəcəklər".