

11 İyul 16:12
11 İyul 13:56
11 İyul 13:26
Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı helikopter qəzasında həlak olub.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına əsasən, Əfqanıstanın Maydan Vardak əyalətində baş verən qəzada helikopterin ekipaj üzvləri və xüsusi təyinatlı heyət həlak olub.
Əyalət rəsmisi bildirib ki, helikopter havaya qalxarkən raketlə vurulub.