“Air France” hava yollarının əyalətlərdəki filiallarının bağlanması gözlənilir Dünya

“Air France” hava yollarının əyalətlərdəki filiallarının bağlanması gözlənilir

Fransanın “Air France” hava yolları şirkətinin rəhbərliyi ölkənin bir neçə böyük şəhərindəki filiallarının bağlanması layihəsini hazırlayır.

AZƏRTAC “20 minutes” portalına istinadla xəbər verir ki, Nis, Tuluz və Marsel şəhərlərində “Air France” hava yollarının bazalarının bağlanmasına dair layihə hazırlanmaqdadır. Layihənin həyata keçirilməsi 300 iş yerinin bağlanmasına səbəb olacaq.

“Air France” hava yollarının bu layihəsi adıçəkilən şəhərlərin merlərinin narazılığı ilə qarşılanıb. Yerli deputatlar iqtisadiyyat nazirinə müraciət edərək, bu layihənin reallaşdırılmasının qarşısının almasını istəyiblər.

Qeyd edilir ki, “Air France-KLM” hava yolları qrupu 2020-ci ildə koronavirus pandemiyasına görə 7.1 milyard avro, ticarət dövriyyəsinin 59 faizini itirib. Ötən il ərzində şirkətin 8 min 600 işçisi, yəni işçilərinin 10 faizi ixtisar olunub.