Türkiyədə son sutkada koronavirusdan 19 925 nəfər sağalıb Dünya

Türkiyədə son sutkada koronavirusdan 19 925 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 155 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 31 385 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 37 303 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 277 880 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 19 925 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 995 033 nəfər təşkil edir.