Ermənistanda COVID-19-a yoluxanların sayı 210 mini ötüb Dünya

Ermənistanda COVID-19-a yoluxanların sayı 210 mini ötüb

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 1033 yeni yoluxma qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 210 518 nəfərə çatıb.

Son sutka ərzində virusdan 25 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 3944 nəfərə yüksəlib.