“Fermerin işi istehsaldır, satış yox”
25 Dekabr 21:04
25 Dekabr 21:04
25 Dekabr 20:59
25 Dekabr 20:57
25 Dekabr 20:54
22 Aprel 2021 13:45
3 927
Gürcüstanın 2020-ci ildə geri çağırdığı Ukraynadakı səfiri Teymuraz Şaraşenidze Kiyevə qayıdıb.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəsmi internet saytında bildirilib.
“Uzun fasilədən sona Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidze Kiyevə geri qayıdıb. Bu Gürcüstan Prezidenti Vladimir Zelenski ilə onun gürcü həmkarı Salome Zurabişvili arasında 15 aprel 2021-ci il tarixində baş tutan telefon danışığının nəticəsində baş verib”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ötən il mayın 8-də Ukrayna Prezidenti Vladimir Zelenskinin qərarı ilə Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilməsi Gürcüstan hökumətinin etirazı ilə qarşılanıb. Məsələ ilə əlaqədar Gürcüstanın bu ölkədəki səfiri Teymuraz Şaraşenidze həmin gün siyasi məsləhətləşmələr üçün geri çağırılıb.
Ukrayna XİN-in məlumatında qeyd olunub ki, təyinat yerinə qayıdan Gürcüstan səfiri aprelin 21-də Ukrayna XİN başçısının müavini Vasil Bodnarla görüşüb.
Görüş zamanı tərəflər Ukrayna ilə Gürcüstan arasında əlaqələrin inkişaf tempinin artırılması, regional təhlükəsizliyin ikitərəfli və çoxtərəfli formatlarda gücləndirilməsi barədə müzakirə aparıblar.
Məlumata görə, V. Bodnar ölkənin şərqində, həmçinin Azov-Qara dəniz regionunda gərgin vəziyyət barədə Gürcüstan səfirinə ətraflı məlumat verib.
Səfir T. Şaraşenidze isə öz növbəsində Gürcüstanın Ukrayna ilə həmrəy olduğunu, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib.
25 Dekabr 21:52
987
25 Dekabr 20:53
1 036
25 Dekabr 19:16
1 001