26 İyun 17:12
20 May 2021 08:26
2 541
Qvatemalanın Kantel bələdiyyəsində yerləşən həbsxanada qiyam baş verib.
APA xəbər verir ki, bu barədə ölkənin Yanğınsöndürmə idarəsinin “Twitter” səhifəsində bildirilib.
İlkin məlumatlara görə, qiyam zamanı 6 nəfər ölüb.
“Prensa Libre” qəzetinin yazdığına görə, həbsxanada qiyam cinayətkar qruplar arasında baş verən qarşıdurmadan sonra baş verib.
Qeyd edilib ki, 900 məhbus üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində 2252 nəfər saxlanılır.
27 İyun 14:16
1 232
27 İyun 12:35
1 442
27 İyun 12:33
1 358