Gürcüstanda “Sinovac” vaksininin tətbiqinə başlanılıb Dünya

Gürcüstanda “Sinovac” vaksininin tətbiqinə başlanılıb

Bu gündən Gürcüstanda koronavirus əleyhinə Çin istehsalı “Sinovac” vaksininin tətbiqinə başlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Çin vaksininin Gürcüstanda yaşı 18-dən çox olan şəxslər üçün istifadəsi nəzərdə tutulub. Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktor müavini Paata İmnadzenin sözlərinə görə, ənənəvi üsullarla hazırlanan “Sinovac” vaksininin yan təsirləri digər vaksinlərlə müqayisədə daha azdır və yüngül formada müşahidə olunur. Bildirib ki, effektivliyi 85-100 faiz arası dəyişən vaksinin yaxın günlərdə ÜST tərəfindən təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, Gürcüstan hazırda 100 min doza “Sinovac” peyvəndinə malikdir. Martın 15-də başlanılan vaksinasiya çərçivəsində qonşu ölkədə “Pfizer”, “AstraZeneca”, “Sinopharm” vaksinlərindən istifadə edilib.