Markov Rusiya ordusunun Donbasda olduğunu təsdiqləyib Dünya

Markov Rusiya ordusunun Donbasda olduğunu təsdiqləyib

"Donbasın hərbi yolla Ukraynanın daxilində olması mümkün deyil, çünki orda hətta NATO ordusundan da güclü ordu var"

"Amerikalılar, ingilislər və polyaklar Kiyevə yardım edir, MKİ və M-6 kəşfiyyatçıları Ukraynadadır"

"Minsk razılaşması sentyabr razılaşmasının davamıdır. Çünki Yeni Rusiya ordusu Ukrayna ordusunu sıradan çıxardanda Avropa buna getməyə məcbur oldu. Ukrayna ordusu Donbasın infrastrukturunu və yaşayış məkanını dağıtmağı qarşısına məqsəd qoymuşdu. Bununla da digər regionların rusdilli əhalisini qorxudurlar. Suriyada da oxşar situasiyadır, iki ordu döyüşür, amma dinc əhali məhv olur".
Bu açıqlamanı isə Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov keçirdiyi mətbuat konfransında verdi. Politoloq düşünür ki, indiki razılaşma sentyabrdakından fərqlənməyəcək: "İndiki mərhələdə amerikalılar, ingilislər və polyaklar media, silah və maliyyə baxımından Kiyevə yardım edir. O cümlədən, MKİ və M-6 kəşfiyyatçıları Ukraynadadır. Onların hərbi məsləhətçiləri də bu ölkələrdəndir, hətta Yeni Rusiya ordusuna qarşı döyüşənlər də var. Bu barədə çoxlu materillarımız da var. Rusiyanın dəstəyinə gəlincə, şəxsən mənim özümə çoxlu sayda könüllü müraciət edərək, Donbasa getmək istədiyini bildirib, çünki Moskva onları qəsdən sərhəddən buraxmır. Razılaşmanın federallaşma hissəsinə gəlincə, bu bəndlər işləməyəcək. Federallaşma odur ki, hakimiyyət yerli xalqa verilməli və onlar öz qubernatorun seçməlidir. Belə olanda, donbaslılar Kiyevə rədd cavabın verəcəklər. Amma Ukrayna hakimiyyətindəki banderiçilər federallaşmaya imkan verməyəcək. Donbas iki yolla Ukraynanın daxilində ola bilər, birinci hərbi yolla, bu isə mümkün deyil, çünki orda güclü ordu var. Hətta NATO ordusundan da. Və Putin özü də deyib ki, Donbasda genosidə imkan verməyəcəyik, bu barədə unudun. İkinci yol sülhdür. Onda gərək amnistiya elan olunsun. Amnistiya isə Odessada, Mariopulda, Maydanda dinc əhaliyə qarşı qırğın törədənlərə olmayacaq. O zaman araşdırma aparmalıdır ki, qırğınlara kimlər sifariş verib? Cavab məlumdur, Maydandakı qırğınları Ukrayna parlamentinin spikeri Turçinov, daxili işlər naziri Avakov və Andrey Porubiev verib. Onların həbsi isə inandırıcı deyil".
S.Markov bildirib ki, Ukrayna müharibəsi Rusiyaya qarşıdır və bu savaşı ABŞ aparır: "Əlimizdə konkret faktlar olmasa da, informasiyalara görə, mübaribə qərarı 2013-cü ilin yayında verilib. Bu qərarı verənlər 4 qrupdur: birinci, ABŞ hərbi-sənayesinə rəhbərlik edənlər. İkinci, neft-qaz şirkətləridir, onlar Xodorkovski və Rusiya enerji mənbələrini ələ keçirə bilmədiklərindən bu qərara gəliblər. Üçüncü qrup ABŞ xarici siyasətini aparanlardır, onlar Putinə Suriyadakı mövqeyinə görə cavab verirlər. Dördüncü qrup Edvard Snoudunu Vaşinqtona təhvil vermədiyinə görə Putinə qəzəbli olan kəşfiyyatı təmsil edənlərdir. Bütün bunların arxasında prezident Obama yox, Co Bayden dayanır".
O, Donbasa Çeçenistan modelini təklif etdiklərini deyib.