3 Oktyabr 17:04
3 Oktyabr 13:42
14 İyun 2021 10:21
3 269
30 illik müstəqillik dövründə Ermənistandan 1,6-1,7 milyon insan emiqrasiya edib.
Bu barədə “Sputnik Armenia” agentliyinə bildirən İctimai Şuranın miqrasiya məsələləri üzrə komissiyasının rəhbəri Qaqik Yeqanyanın sözlərinə görə, bu göstərici ölkə əhalisinin 30%-ni təşkil edir.
Onlardan 1,1-1,2 milyon nəfəri Rusiyaya, 15 minə qədəri ABŞ-a, 120-150 min nəfəri Avropaya, qalanları isə MDB dövlətləri və Zelandiyadan tutmuş İsrailə qədər müxtəlif ölkələrə mühacirət edib.
Onun sözlərinə görə, ən kütləvi emiqrasiya 1992-1994-cü illərdə qeydə alınıb. Bu 3 il ərzində Ermənistanı 600 min nəfər (ölkə əhalisinin 16%-i) tərk edib.
2020-ci il 1 yanvara olan rəsmi statistikaya görə, hazırda Ermənistan əhalisinin sayı 2 961 900 nəfərdir.
3 Oktyabr 15:36
903
3 Oktyabr 14:43
875
2 Oktyabr 22:08
1 085