İran məhkəməsi: Ölkənin düşmənlərinə kömək edənlərə qarşı işlərə daha tez baxılmalıdır
"Bu səfər Azərbaycan-Gürcüstan münasibətlərinin strateji dərinliyini bir daha ortaya qoyur”
““Molla Nəsrəddin” Azərbaycan cəmiyyətinin özünüdərkinə güzgü tutdu”
Rusiya İrandakı Buşehr AES-dən daha 175 vətəndaşını Ermənistan vasitəsilə təxliyə edib
17 İyun 2021 09:05
3 220
ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə baş tutan söhbətin tonunun “yaxşı” və “pozitiv” olduğunu bildirib.
“RİA Novosti” xəbər verir ki, bunu o, rusiyalı həmkarı ilə Cenevrədə keçirdiyi görüşün ardından təşkil olunmuş mətbuat konfransında deyib.
“Sizə deməliyəm ki, bütün görüşün tonu... yaxşı, pozitiv idi. Hər hansı sərt hərəkətlər olmadı. Xeyr, heç bir təhdid yox idi”, - deyə Bayden qeyd edib.
Onun sözlərinə görə, tərəflər bir-biri ilə fikir ayrılığında olduqları məqamları da ortaya qoyublar.