Polşa koronavirusun "Delta" ştammına görə Britaniyadan gələnlər üçün yeddi günlük karantin tətbiq edib Dünya

Polşa koronavirusun "Delta" ştammına görə Britaniyadan gələnlər üçün yeddi günlük karantin tətbiq edib

Polşa hakimiyyəti Böyük Britaniyada koronavirusun Hindistan ştammının yayılması səbəbindən bu ölkədən gələnlər üçün məcburi yeddi günlük karantin tətbiq edilməsinə qərar verib.

Trend-in məlumatına görə, bunun bağlı qərar barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Nazirliyin mətbuat katibi Voyçex Andruseviçin sözlərinə görə, qərarın mahiyyəti ondan ibarətdir ki, Britaniyadan gələnlər yalnız yeddi günlük karantində qaldıqdan sonra test verə biləcəklər.

Qeyd edək ki, koronavirusun "Delta" versiyası ilk dəfə Hindistanda keçən oktyabr ayında aşkar edilib və bu ştamm daha çox "Hindistan ştammı" adlandırılır. Bu versiyanın insanlara koronavirusa qarşı peyvənd edildikdən sonra belə yoluxma qabiliyyətinə malik olduğu bildirilir.