Azərbaycan əsilli senator Rusiya Hesablama Palatasının auditoru təyin olunub Dünya

Azərbaycan əsilli senator Rusiya Hesablama Palatasının auditoru təyin olunub

Azərbaycan əsilli senator Sergey Məmmədov Rusiya Hesablama Palatasına auditor təyin edilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Federasiya Şurası senatorlar Sergey Məmmədov və Nataliya Trunovanı Hesablama Palatasının auditorları vəzifəsinə təsdiqləyib.

Qeyd edək ki, Sergey Məmmədov və Nataliya Trunovanın Hesablama Palatasının auditorları təyin edilməsi ilə bağlı təqdimat Federasiya Şurasına Vladimir Putin tərəfindən göndərilib.

2011-ci ildən Federasiya Şurasının üzvü olan Sergey Məmmədov məşhur azərbaycanlı, uzun illər SSRİ-nin Radio və Televiziya Yayımı üzrə Dövlət Komitəsinin sədr müavini olmuş Ənvər Məmmədovun nəvəsi, 1997-2003-cü illərdə Rusiyanın xarici işlər nazirinin müavini, 2003-2014-cü illərdə isə Rusiyanın Kanadadakı səfiri olmuş Georgi Məmmədovun oğludur.