Çexiyada peyvənd əleyhinə nümayiş keçirilib Dünya

Çexiyada peyvənd əleyhinə nümayiş keçirilib

Çexiyanın paytaxt Praqanın mərkəzində, parlamentin Deputatlar Palatasının (alt palata) binası qarşısında koronavirusa qarşı peyvəndləmənin ləğv edilməsi tələbi ilə 500 nəfərin iştirakı ilə nümayiş keçirilib.

TASS xəbər verir ki, paytaxt polisinin xüsusi təyinatlı qüvvələri asayişi bərpa etmək tabe olmayan etirazçılara qarşı güc tətbiq edib.
Mitinq iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiv davranıb. Polis etirazçılardan birini saxlayıb. Bildirilir ki, nəzarətə alınan şəxs inzibati məsuliyyətə cəlb ediləcək.

Nümayişdə, həmçinin, ölkədə koronavirusla bağlı qüvvədə olan bütün məhdudiyyətlərin dərhal ləğv edilməsi tələb edilib.

Polisin verdiyi məlumata görə, etirazçılar parlamentin aşağı palatasının deputatı Lubomir Volnının olduğu “Sağçı Azad Blok” partiyasının çağırışına cavab olaraq toplaşıblar.