29 İyul 2021 10:08
3 402
Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 4 089 min barel azalaraq 435 598 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2 928 min barel azalacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
08:05
105
1 Oktyabr 19:45
735
1 Oktyabr 17:31
819