6 Avqust 2021 11:48
5 075
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 303 yoluxma halı qeydə alınıb.
APA-nın "news.am"-a istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 231625-ə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 4 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4636 nəfərə çatıb.