ÜST: Koronavirusun "Delta” ştammı “Alfa" ilə əvəzlənir” Dünya

ÜST: Koronavirusun "Delta” ştammı “Alfa" ilə əvəzlənir”

“Yalnız peyvənd insanı koronavirusun mutasiyalarından qoruya bilir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Melita Vuynoviç "Rossiyskaya qazeta"ya açıqlamasında bildirib.

ÜST rəsmisi deyib ki, yüksək immunizasiya tədbirləri nəticəsində xəstəxanalarda, reanimasiya şöbələrində olan insanların sayı azalıb.

M.Vuynoviç əlavə edib ki, hazırda ÜST virusunun yayılması fonunda yeni infeksiya növlərini izlədiyir: “İndi təşkilat “lambda” növünün “Delta” ştammını sıxışdırıb çıxardığını və nəticədə sonuncu "Alfa" növünün əvəz etdiyini müşahidə edir”.

Qeyd edək ki, koronavirusun “lambda” variantı ilk dəfə 2020-ci ildə Peruda aşkarlanıb. Bu variant iyul ayı ərzində Cənubi və Şimali Amerikanın 30-dan çox ölkəsində yayılıb.