Əfqanıstanla sərhəddə Pakistan ordusunun bir zabiti öldürülüb Dünya

Əfqanıstanla sərhəddə Pakistan ordusunun bir zabiti öldürülüb

Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəzəiristan rayonunda Pakistan ordusunun bir zabiti öldürülüb, 2 əsgər yaralanıb.

Bu barədə “The Express Tribune” qəzeti məlumat yayıb.

Onların mindiyi avtomobil terrorçular tərəfindən hazırlanan minaya düşüb.

Elə həmin gün Şimali Vəziristanın Boya bölgəsində kəşfiyyat əməliyyatı zamanı Pakistan xüsusi təyinatlıları bölgədə fəaliyyət göstərən separatçı qruplardan birinin yaraqlısını məhv edib.

Separatçılar Şimali və Cənubi Vəziristanda qondarma Vəziristan İslam Dövləti (VİD) yaradılmasını tələb edirlər. 2009-cu ilin dekabrında Pakistan hökuməti əvvəllər VİD yaradıldığını elan edən separatçılar üzərində qələbə elan edib. Hazırda bölgədə qanunsuz silahlı birləşmələrin sayı təxminən 35 min nəfərdir.