DİM ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı çağırışlar barədə xəbərdarlıq edib
Şəhid övladlarının iştirakı ilə “Yol Polisimizlə bir gün” adlı tədbir keçirilib
Senator Kuns: İran ABŞ ilə müharibə başlamazdan əvvəlkindən daha güclü olub
Bayram günlərində 221 yanğına çıxış oldu, 4 nəfərin meyiti tapıldı - VİDEO
31 Avqust 2021 08:20
1 841
ABŞ qoşunlarını Əfqanıstandan çıxardı. Bununla da, Kabildəki mülki əhalinin təxliyə edilməsi əməliyyatını və bu ölkədəki 11 sentyabr 2001-ci il terror aktlarından dərhal sonra başlayan bütün hərbi missiyasını tamamladı.
Bu barədə Pentaqonda keçirilən mətbuat konfransında ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi bildirib.
K.Makkenzid deyib: "Qoşunlarımızın Əfqanıstandan çıxarılmasının başa çatdığını və Amerika vətəndaşlarının, başqa ölkələrin vətəndaşlarının, habelə həssas vəziyyətdə olan əfqanların təxliyə edilməsi üzrə hərbi əməliyyatın başa çatdığını elan etmək üçün burdayam".
Onun sözlərinə görə, bu "11 sentyabr 2001-dən qısa bir müddət sonra Əfqanıstanda başlayan təxminən 20 illik bir missiyanın sonu" deməkdir.
O əlavə edib ki, bu əməliyyatın hərbi mərhələsi başa çatdı, indi onun diplomatik davamı başlayır: "Dövlət Departamentimiz [Əfqanıstanda] qalan Amerika vətəndaşlarına [ölkəni tərk etməyə] kömək etmək üçün hər cür səy göstərəcək".