Fransa kilsələrində 216 000 uşaq cinsi istismara məruz qalıb Dünya

Fransa kilsələrində 216 000 uşaq cinsi istismara məruz qalıb

Roma Papası Katolik Kilsəsindəki pedofiliya ilə bağlı hesabatın məzmunundan dərin mənəvi əzab keçirib
1950-ci ildən Fransadakı kilsələrdə 216 000 uşağın cinsi istismara məruz qaldığı müəyyən edilib.
Kilsələrdə cinsi istismar hallarını araşdıran komissiyanın (CIASE) sədri Jan Mark Sov son 70 ildə Fransa katolik kilsəsində pedofillikdə şübhəli bilinən 2 900-3 200 şəxsin olduğunu açıqlayıb.
Problemin arxada qala bilməyəcəyini qeyd edən Sov zərərçəkənlərin daxili istintaqa daxil edilməli olduğunu bildirib.
Komissiya rəhbəri vurğulayıb ki, kilsə cinsi istismarla mübarizə üçün lazımi tədbirlər görmür.
Roma Papası Fransisk kilsədə cinsi təcavüzü araşdıran müstəqil komissiyanın yaydığı hesabata münasibət bildirib.
Qeyd edək ki, kilsələrdə uşaqların cinsi istismarını araşdırmaq üçün 2018-ci ildə yaradılan müstəqil komissiyanın hesabatına əsasən, Fransada kilsələrdə 1950-ci ildən 2020-ci ilə qədər 216 min uşaq cinsi istismara məruz qalıb.
Roma Papası Fransisk Katolik Kilsəsindəki pedofiliya ilə bağlı hesabatın məzmunundan dərin mənəvi əzab keçirdiyini vurğulayıb.
Bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni açıqlama verib.
Xatırladaq ki, 1950-ci ildən bəri Fransa Katolik Kilsəsində 2900-3200 arasında pedofil keşiş və ya kilsənin digər üzvlərinin fəaliyyət göstərdiyini aşkarlanıb.
2500 səhifəlik hesabatda həm cinayətkarların sayı, həm də qurbanların sayı əks olunub.

Cavid