Qazaxıstanda koronavirusa daha 1 642 nəfər yoluxub Dünya

Qazaxıstanda koronavirusa daha 1 642 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 642 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 918 146 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 11 751 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 1 459 nəfər, hazırkı dövrədək isə 860 120 nəfər sağalıb.